Virtual Kitchen designer
Catalog
Location

Tarix

Blomberg, bəyaz əşya sahəsində dünya bazarında ən güclü brenddir. Bir əsrdən artıq tarixə malik Blomberg alman markasının ilk dəfə meydana çıxması 1883-cü ilə təsadüf edilir. Bernhard Blomberqin təsis etdiyi şirkət məhz həmin il metallurgiya sənayesində fəaliyyətə başlayıb. Şirkət 1935-ci ildə məişət texnikasının yayım kanalını yaratmaqla öz fəaliyyətini tədricən genişləndirib, 1949-cu ildə isə paltaryuyan maşınların istehsalına başlamaq haqqında strateji qərar qəbul edib. Həmin illər ərzində bu ticarət markasının adı etibarlı yuyucu maşının yüksək keyfiyyətini təmin edən bir nişan kimi alman istehlakçıların şüurunda kök salıb.

Fəaliyyəti genişləndikcə, şirkət istehsal etdiyi məhsulların çeşidlərini artırmağı, mətbəx texnikasının istehsalında toplanmış bilik və təcrübələrdən istifadə etməyi qərarlaşdırıb. Bugün Blomberg bütüb dünyada öz alıcılarınına tamçeşidli məişət texnikası, o cümlədən nəfis tərtibata malik funksionall həllər təklir edir.

Təsis olduğu 1883-cü ildən başlayaraq, prinsipial şəkildə yeni istehsal xəttinə malik yeni brendin bazara çıxarıldığı 2004-cü ilə qədər “Blomberg”- in əsas vəzifəsi texnoloji prosesin və innovasiya texnologiyalarının inkişafını təmin etməkdən ibarət olub.
Blomberg-məişət texnikasının istehsalı sahəsində innovasiya texnologiyalarının işlənib hazırlanaraq tətbiq olunduğu “premium” səviyyəli məişət texnikasının ticarət markasıdır. 2004-cü ildə bu ticarət nişanı ilə, ayrıca quraşdırılan texnikanın yeni istehsal xətti beynəlxalq bazara çıxardılıb. O vaxtdan etibarən Blomberg məhsulları texniki standartlara müvafiqliyinə və mükəmməl tərtibatına görə mükafatlara layiq görülüb.

1883 - Bernhard Blomberq tərəfindən metalurgiya sənayesi fəaliyyətə başlayıb

1935 - məişət texnikasının yayım kanalı başlanıb

1449 - paltaryuyan maşınların istehsalı olub

1979 - Almaniyada ilk əl ilə idarə olunan paltaryuyan maşın çıxıb

1981 - birinci tam avtomat paltaryuyan maşın icad olunub

1994 - nasossuz su dövriyyəsi ixtira olunub

1999 - “Aquaround” sistemi hazırlanıb

2004 - quraşdırılan texnikanın yeni istehsal xətti beynəlxalq bazara çıxıb
İlk dəfə 2006-cı ildə Blomberg Amerika bazarına da çıxarıldı. Ev işlərinin asanlaşdırılması üçün yeni üsulların axtarılması daim Blomberg mühəndislərinin və konstrukturlarının əsas vəzifəsi olub. Məhz bu səbəbdən, bu ticarət nişanının məhsulları etibarlılığının və universallığının vəhdəti olaraq qalır.


printerçap versiyası

<< bağla
Blomberg məhsulları ilə bağlı ən son xəbərlər, texnoloji yeniliklər, keçirilən kampaniyalar, qiymətlər və kredit şərtləri ilə Blomberg-in rəsmi distribüteri olan Soliton Mağazalar Şəbəkəsinin saytında məlumat əldə edə bilərsiniz.