Virtual Kitchen designer
Catalog
Location

Xidmət və Zəmanət

Hörmətli Alıcı!

BLOMBERG satış markasının məhsularını seçtiyinizə görə sizə təşşəkür edirik!


QURAŞDIRILMASI VƏ QOŞULMASI

Məhsulun quraşdırılması və qoşulması üçün Blomberg texnikasına xidmət edən firma sertifikatlı servis mərkəzinə müraciət etməyiniz məsləhət görülür. Siz həm də bu çür xidmət üçün sertifikatı olan digər istənilən firmaya müraciət edə bilərsiniz, ancaq bu halda unutmamalısınız ki, düzgün olmayan qoşulmalar Sizi pulsuz təminatlı xidmətlərdən məhrum edə bilər:

1. Zəmanət ehtiyyat hissələrinin və onların dəyişdirilməsinin pulsuz həyata keçirilməsini nəzərdə tutur.
2. Zəmanət müddəti ərzində bütün təmir işləri servis mərkəzində yerinə yetirilir.
3. Servis mərkəzi müştəridən qəbul etdiyi malin 30 iş gün müddətinə təmir etməyi öz öhdəsinə götürür.
4. Quraşdırılma və istismar normasına riayət edilmədiyi üçün dəyən ziyana görə İstehsalçı cavabdehlik daşimir. İstehlakçı qanunvericiliklə ona verilən bütün hüqüqlardan istifadə edə bilər.
5. Üçkontaktlı şəbəkə vilkaları olan məhsullar mütləq yerlə birləşdirilməlidir.
6. Təlimatda göstərilən istismar qaydalarina düzgün əməl olunmadıqda baş verən nasazlıga görə bütün təmir işləri müştərinin hesabına aparılır.
7. Periodik olaraq mallara texniki qulluq, çirklənmədən sonra yuyulması, tənzimləmə və nizamlanma işləri, audio və video başlıqların təmizlənməsinə təminat verilmir.
8. Məsafədən idarə etmə pultlari, akkumulyator batareyaları, şüşə və plastikadan hazırlanan hissələr zəmanətə daxil edilmir.
9.Zəmanət şərtlərinə əsasən satılmiş məmulat dəyişdirilmir və qaytarılmır.
10. Zəmanət talonu itirilibsə zəmanət öhdəliyi öz qüvvəsini itirilmiş hesab olunur.

DİQQƏT !

1. Satıcıdan məhsulu qəbul etdikdə istehsalçınin BLOMBERG satış mərkəzinin zəmanət talonun ticarət təşkilatı tərəfindən tam və düzgün doldurulmasına əmin olmaq lazımdır.
2. Zəmanət talonu diqqətlə oxunmalı və onların şərtlərini qəbul etdiyini müştəri öz imzası ilə təsdiq etməlidir.
3. Servis tərəfindən quraşdırılmasına ehtiyac olan malların bağlamalarının (upakovkanın) açılmasi yalnız səlahiyyətli servis ustalarının içtiraki ilə yerinə yetirilməlidir.
4. BLOMBERG  servis mərkəzindən mütaxəssis çağırmadan öncə məhsulun istismar təlimatını diqqətlə oxumanız xahiş olunur. Əgər məhsul yararlıdırsa onda servis mərkəzi lazımsiz çağırışa görə ödəniş tələb etmək hüququna malikdir.
5. Əgər zəmanət talonun üzərində göstərilən malın modeli, seriya nömrəsi silinibsə və ya digər düzəlişlər edilibsə bu zaman həmin mal zəmanətə daxil edilmir.


Aşağıdaki hallarda baş verən nasazliqlara zəmanət aid edilmir:

1. Kənar şəxsin müdaxiləsi olduqda;
2. Istehsalçı ilə razılaşdırılmadan məhsula konstruktiv dəyişikliklər edilirsə, o cümlədən istismar təlimatında və texniki sənədlərdə nəzərdə tutulmayan detallar quraşdirılarsa;
3. Elektrik, qaz və su təchizatı şəbəkəsinin parametrlərinin normadan kənara çixması müçahidə olunduqda;
4.Təbii fəlakətlər baş verdikdə;
5. Məhsulun daxilinə başqa əşyalar, hissəciklər, mayelər və həşəratların düşməsi nəticəsində nasazliqlar yaranarsa.





 


printerçap versiyası

<< bağla
Blomberg məhsulları ilə bağlı ən son xəbərlər, texnoloji yeniliklər, keçirilən kampaniyalar, qiymətlər və kredit şərtləri ilə Blomberg-in rəsmi distribüteri olan Soliton Mağazalar Şəbəkəsinin saytında məlumat əldə edə bilərsiniz.